Milli Məclis Rəqabət Məcəlləsini qəbul edəcək - ÖZƏL

Rəqabət Məcəlləsi hazırda parlamentin gündəliyində olan məsələdir. Cənab Prezidentin Strateji Yol Xəritəsinə uyğun olaraq məcəllə 2019-2020 ci illərdə qəbul olnmalıdır”.

Bu sözləri Sherg.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Parlament üzvü bildirib ki, payız sessiyası olmasa da yaz sessiyasında “Rəqabət Məcəlləsi” qəbul ediləcək:

“Kölgə iqtisadiyatı sahəsində Vergilər nazirimiz bir neçə il bundan əvvəl Vergi Məcəlləsində ciddi dəyişikliklər etdi. Müəyyən dərəcədə kölgə iqtisadiyyatının qarşısı alınsa da faizi yüksək olaraq qalır. Əmək haqlarının, vergilərin gizlədilməməsi və.s ilə bağlı məsələlər vacibdir. Ona görə də kölgə iqtisadiyyatı ciddi problemdir. Bütün dünyada olduğu kimi Azərbaycanda da kölgə iqtisadiyyatı ilə bağlı mənfi hallar yaşanır. Bunun qarşısını almaq üçün kompleks tədbirlər həyata keçirilməlidir”.

Qeyd edək ki, Rəqabət Məcəlləsi Milli Məclisdə bir neçə il əvvəl müzakirə olunub, iki oxunuşdan keçib. Amma qanun üçüncü oxunuşda müzakirə olunaraq qəbul edilməyib. İllərdir qəbul olunmayan qanunun nəhayət qəbulu gözlənilir. Ekspertlər bildirirlər ki, kölgə iqtisadiyyatının aradan qaldırılması, Prezidentin həyata keçirdiyi iqtisadi-sosial islahatların sürətlənməsi üçün mütləq Rəqabət Məcəlləsi qəbul olunmalıdır. 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu