Qalmaqallı mövzuya Sevda da qoşuldu: "Konsertdən qazanan yoxdur"

“Azərbaycanda 1 günlük konsertdən pul qazanan müğənni yoxdur”. Bu sözləri Lent.az -a müğənni Sevda Yahyayeva deyib.

“Azərbaycanda konsertdən pul qazanmaq çox çətin məsələdir. Çünki onun o qədər xərcləri olur. Başa-baş olur, qazanc olmur. Mən deyərdim ki, 100 faiz qazanc olmur. Əgər bir müğənni 3-4 gün konsert verirsə, ola bilər ki, qazanc olsun. Amma 1 günlük konsertdirsə, inanmıram ki, nəsə qazansınlar. Konsert hesabat xarakteri daşıyır. Bir günlük konsertlərdə qazanc və ziyan olmur. Əgər səviyyəli konsert istəyirsənsə, geyimi, rəqqasları, yaxşı səhnəni nəzərə alırsansa, deməli qazancın olmayacaq. Mən dediyim yüksək səviyyəli konsertə gəlmək üçün biletə 300-700 manat pul verib gələn olmaz. Bizdə bir günlük konsertdə qazanc yoxdur. Bəlkə kimsə qazanıb? Bu çətin məsələdir. Əgər 4-5 gün etsələr, qazana bilərlər”.

Qeyd edək ki, bu mövzuya görə şou-biznesdə bir çox müğənnilər arasında zaman-zaman qalmaqal olub. Əməkdar artist Ədalət Şükürov “Azərbaycanda konsertdən qazanan müğənni yoxdur” açıqlamasını vermişdi. Onun bu sözlərinə xalq artisti Faiq Ağayev etiraz edrək, Azərbaycanda konsertdən qazanan 3 müğənnidən birinin özü olduğunu demişdi. Sonda bu mövzuya Xalq artisti Röya Ayxan da qoşulmuşdu. O, F.Ağayevin açıqlamasını bəyənmədiyini demişdi.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu