Prezidentin irad tutduğu məktəb: Təmir üçün müvafiq qurumlara müraciət edilibmiş

Prezident İlham Əliyev dünən Xaçmaz və Yevlax rayonlarına təyin etdiyi yeni icra başçılarını qəbul edərkən, öz nitqində Şamaxıdakı bir məktəbin qəzalı vəziyyətdə olduğunu televiziyadan öyrəndiyini bildirib.

“Şamaxı rayonunda zəlzələ olub, oraya böyük vəsait ayrılıb. Mən oraya getmişəm, yeni tikilmiş evlərin açarlarını vətəndaşlara təqdim etmişəm. Ancaq o günləri televizorda baxıram ki, məktəb binasının yarısı uçubdur, çatlar var, uşaqlar qorxudan orada otura bilmirlər. Bəs yaxşı, bunun üstündən səkkiz ay keçibdir, bunu etmək mümkün deyilmi? Vəsait ayrılıb, göstəriş verilib, bir çox evlər tikilib, bu məktəb belə yararsız vəziyyətdə ola-ola bununla necə barışmaq olar? İndi əgər mediada, televizorda bu reportaj getməsəydi, mən bilməyəcəkdim. Mən bilən kimi dərhal göstəriş verdim. İndi orada işlər başlayacaq və o məktəb binası ya sökülüb yenidən tikiləcək, ya da ki, əsaslı təmir olunacaq. Ona görə ictimai nəzarət olmalıdır. Siz də bundan qorxmamalısınız, əksinə, ictimaiyyət sizə dəstək verməlidir”,- deyə Prezident bildirib.

Maraqlıdır, rayonda təmir işləri görüldüyü halda məktəb hansı səbəbdən diqqətdən kənarda qalıb? Təmir və bərpa üçün müvafiq qurumlara vaxtında müraciət edilmişdimi?

Məsələ ilə bağlı Modern.az-a danışan Şamaxı rayon Təhsil Şöbəsi metodkabinetin müdiri Ağakərim Ömərov təmir işləri üçün Prezidentin nitqindən əvvəl müraciət etdiklərini bildirib:

“Şamaxı şəhər 2 saylı məktəb zəlzələdən ciddi ziyan çəkdi. Məktəbin təmir edilməsi üçün müvafiq qurumlara müraciət edilmişdi. Yaxın günlərdə tikinti işlərinə başlanılacaqdı, sadəcə proses bir az yubanırdı”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu