Primakova Bakıda yubley keçirmək rəzalətdir: MİLLƏTİ TƏHQİR ETMƏK OLMAZ

"Yevqeni Primakov Rusiya siyasətinin ən tanınmış simalarındandır. Onun fəaliyyətinin ən qara səhifələri isə "Orta Şərq" siyasətinə aiddir". Bunu Sherg.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib.

Ekspert bildirib ki, şübhəsiz Rusiya siyasəti üçün Primakov dəyərli və əvəzolunmaz siyasətçi hesab olunmalıdır: 

"Onun 90-illiyi münasibətilə Rusiya XİN qarşısında heykəlinin açılması bu ölkənin ona necə dəyər verməsinin göstəricisidir. Rusiya XİN –nin təşəbbüsü ilə qonşu ölkələrdə Primakovu anma günləri təşkil edilir. Bu tədbirin Azərbaycanda keçirilməsi isə sözün həqiqi mənasında böyük təəccüb doğurdu. 20 Yanvar faciəsinin təşkilatçısı olmuş bir şəxsin ölümündən sonra onun xatirəsinin zərəçəkmiş ölkə ərazisində yad edilməsi millətimiz adına təhqirdir. İndiyə qədər 20 yanvar hadisəsinə doğru dürüst siyasi qiymət verilməyib. Ola bilsin ki, Primakovun Rusiyada yüksək postlar tutması və kifayət qədər təsirli imkanlara malik olması səbəbindən onun barəsində obyektiv münasibət bildirmək mümkün olmayıb. Lakin ölümündən 4 il keçdikdən sonra hansısa qüvvələrin xalqımızın düşməni hesab olunacaq bir adamı yenidən gözümüzə soxması "5-ci kolon"un əzələ nümayişidir. Son bir neçə ildə Azərbaycan Prezidentinin ölkəmizin xarici təsirlərdən qorunması üçün atdığı addımlar nəhayət rusiyapərəst qüvvələrə də yetişib".

Analitikin fikrincə, parlamentdə və digər strukturlarda ölkəmizin maraqlarını Rusiya xeyirinə dəyişə bilən qüvvələr hələ də var:

"Prezident tərəfindən  başladılan islahatlar daha intensiv və ardıcıl davam etməlidir və kimlərinsə buna mane olmasına imkan verilməməlidir".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu