Hüquq müdafiəçisi Londonda Qarabağ münaqişəsindən danışıb

Əhməd Şahidov  BMT TŞ-nin 4 qətnaməsinin yerinə yetirilmədiyini diqqətə çatdırıb



Boyük Britaniyanın paytaxtı London şəhərində “BMT, böyük güclər və Sülh” adlı beynəlxalq dinləmələr keçirilib. Parlamentdə baş tutan tədbirdə britaniyalı deputatlar, beynəlxalq təşkilatların nümayəndələri, media təmsilçiləri və 30-a yaxın ölkənin ictimai-siyasi fəalları iştirak ediblər. Müzakirələr zamanı dünyadakı münaqişə ocaqları, sülhün əldə edilməsi yolları və qaçqınların hüquqları barədə danışılıb.

Dinləmələrdə Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov da iştirak edib. Tədbirlə bağlı “Şərq”ə danışan Ə.Şahidov bildirib ki, tədbir iştirakçılarına Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib.

Hüquq müdafiəçisi BMT-nin Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsinin indiyə kimi yerinə yetirilmədiyini əcnəbilərin diqqətinə çatdırıb:

“Bu gün dünyada baş verən hadisələrə cavabdeh qurum olan BMT-nin effektliyi müzakirə mövzusudur. 5 daimi üzvü olan BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmursa, bu qurumun yenidən təşkil olunması vacibdir. Mənim ölkəm Azərbaycan artıq 30 ildir ki, ərazi bütövlüyü və terrorizmdən əziyyət çəkir. Biz 30 ildir ki, məcburi köçkün həyatı yaşayırıq. Ancaq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə hələ də icra olunmayıb. Biz ilk növbədə effektiv və təsir gücü olan BMT-yə malik olmalıyıq. Sürətli silahlanmaya deyil, sürətli sülhə nail olmalıyıq. Çünki bizim gələcəyimiz qalıcı sülhə nail olmaqdan keçir”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu