Medvedyev bakılı yazıçını təbrik etdi


Rusiya Baş naziri Dmitri Medvedyev yazıçı-dramaturq Leonid Zorini 95 illiyi münasibətilə təbrik edib.

Kult.az xəbər verir ki, təbrik Rusiya hökumətinin Teleqram səhifəsində yerləşdirilib.

“Siz teatrsevərlərin səmimi marağını və alqışlarını oyadan pyeslərin müəllifisiniz. Sizin ssenari müəllifi olduğunuz filmlər Rusiya kinemotoqrafiyasının ən yaxşıları sırasına daxildir”, - təbrik mətnində qeyd olunub.

Qeyd edək ki, Leonid Zorin (Əsl soyadı Zaltsmandır - red) 1924-cü il noyabrın 3-də Bakıda anadan olub. 1948-ci ildən Moskvada yaşayır. Zorin 50-dən çox pyesin müəllifidir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu