Bakıda erməni mahnısı hiddət yaratdı: Videodakı şəxslər cəzalandırılmalıdır - VİDEO

Bakı küçələrində erməni mahnısının səsləndirilməsini əks etdirən video görüntü yayılıb. Sosial şəbəkələrdə yayılan video ciddi müzakirələrə və narahatlığa səbəb olub. Avtomobildə olanlar Azərbaycan dövləti əleyhinə ifadələr işlədir, milləti aşağılayan “zarafatlar” edirlər. Hiss olunur ki, onlar öz danışıq tərzləri ilə guya gürcü olduqlarını bildirmək istəyirlər. Bu provokasiya xarakterli video qısa müddətdə sürətlə yayılıb və insanların hiddətinə səbəb olub.

Hadisə ilə bağlı Sherg.az-a danışan Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib ki, videodakı şəxslərin kimliyi mütləq qaydada müəyyən olunmalı və cəzalandırılmalıdır.

QAT sədri məsələnin çox ciddi olduğunu qeyd edib:



Akif Nağı: "Azərbaycan dövlətinə, millətinə qarşı olan bir həqarətdir"


“Qarabağ Azadlıq Təşkilatının hadisə ilə bağlı sərt tələbləri var. Bu hadisə sabah QAT-ın İdarə Heyətində də müzakirə olunacaq. Prezident  Administrasiyası qarşısında etiraz aksiyaları da keçirəcəyik. Tələbimiz ondan ibarətdir ki, hadisə araşdırılsın və videodakı şəxslər tapılsın. Onların məqsədi, hadisənin kim tərəfindən törədilməsi müəyyən olunsun! Baş verənlər həddindən artıq narazılıqla qarşılanıb. QAT-ın bu olanlarla bağlı bəyənatı da oldu. Bu məsələ çox vacibdir və Azərbaycan dövlətinə, millətinə qarşı olan bir həqarətdir. Videodakı şəxslərin tapılması elə də çətin iş deyil.  Həmin zamanı müəyyənləşdirmək olar, şəhərə girişdə kameralar var. Maşının hansı marka olduğunu da müəyyən edib hadisə iştirakçılarını hökmən tapmaq lazımdır”.

A.Nağı bildirib ki, baş verən hadisə Azərbaycan hakimiyyətinin, hüquq mühafizə orqanlarının üzərinə pis bir kölgə salır:

“Hər kəs düşünə bilər ki, necə olur belə hal yaşanır?! Doğurdanmı ermənilər sərhəddi keçib bu şəkildə oyun açırlar, yoxsa daxildə kimsə bu olayları təşkil edib. Videodakı şəxslər mütləq saxlanılmalıdır və insanlara geniş şəkildə məsələ haqqında məlumat verilməlidir. Bu, olanlar hakimiyyətin imicinə mənfi zərbə vurur. Ona görə də videodakı şəxlsər, ümumiyyətlə hadisədə əli olanlar cəzalarını almalıdır”.


Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu