Hollivud ulduzu yeni sevgilisi ilə görüntüləndi

Xarici mətbuatda uzun müddətdir Kianu Rivzin sənətçi Aleksandra Qrant ilə münasibətləri müzakirə olunur. Sevgililər münasibətləri haqda heç nə deməsələr də, paparazzilərin obyektivlərinə birlikdə yaxalanıblar.

Rusiya mətbuatının verdiyi məlumata görə, ötən günlərdə aktyor yeni sevgilisi ilə birlikdə Los-Ancelesdəki LACMA Gala mükafatının qırmızı xalçasında görülüb.

Aşiqlər incə şəkildə bir-birinin əlindən tutaraq çox xoşbəxt görüntü veriblər.

Cütlük münasibət və toy haqqında şayiələrlə bağlı heç nə deməyib. Aktyor ümumiyyətlə son dərəcə qapalı həyat tərzi keçirir.

O, heç vaxt evlənməyib. 1999-cu ildə Cennifer Saym ilə birlikdə olan aktyorun hətta qızları da olmalı idi, ancaq uşaq ölü doğuldu.

Onlar faciədən bir neçə həftə sonra ayrılmışdı. Daha sonra aktyor model və aktrisa Çay Çou ilə qısa münasibət yaşadı.

O, hazırki sevgilisi Aleksandra Qrant ilə birlikdə ilk dəfə 2018-ci ilin əvvəlində Los-Ancelesdə birlikdə nahar edərkən görüntülənib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu