Türklər Bağdadinin bacısını ələ keçirdi

Oktyabrın sonunda Amerika hərbçiləri tərəfindən öldürülən İŞİD lideri Abu Bəkr əl-Bağdadinin bacısı də saxlanılıb.
“Sherg.az” “lefigaro.fr”ə istinadən xəbər veri ki, onu Suriyanın şimalında türk əsgərlər ələ keçirib. Bu məlumatı Türkiyənin yüksək rütbəli şəxsləri təsdiqləyiblər: 
“Türk əsgərləri Suriyanın şimal qərbində yerləşən Azazda Bağdadinin bacısını ələ keçirdi”.

Qeyd edək ki, Bağdadinin bacısı Rəsmiyə Aşad  1954-cü ildə Azaz yaxınlığında anadan olub. Türklər onu həyat yoldaşının şirkətində tapıblar.Yanında isə gəlini və 5 körpə uşaq olub. 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu