Neymar fanatı vursa da, məhkəmədən yayına bilib


“PSJ”nin və Braziliya yığmasının hücumçusu Neymar “Renn” klubunun azerkeşini vurduğuna görə məhkəmə prosesindən yayına bilib. Braziliya ulduzuna qarşı cinayət işi açılmayıb, o, yazılı xəbərdarlıqla canını qurtarıb.

Belə ki, “Renn” azarkeşi ilə Neymar arasında münaqişə Fransa kubokunun final matçından sonra baş verib. Neymar turnirin gümüş medalına doğru irəliləyərkən ona ünvanlanan təhqiramiz sözləri eşidib. Bunlar rəqib komandanın fanatları tərəfindən deyilib. Neymar əsəbiləşərək, onun çənəsindən vurub.

Zərərçəkən ərizə ilə məhkəməyə müraciət etsə də, “PSJ” hücumçusu cəza almayacaq.

Prokurorluq hücumçuya elektron poçtla xəbərdarlıq məktubu göndərməklə kifayətlənib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu