ABŞ-ın işğalçı Ermənistana ayırdığı maliyə: Pullar Qarabağ separatçılarına yönəldilir

ABŞ hökuməti 2019-cu ildə Ermənistana 60 milyon dollar məbləğində yardım ayırıb. Bu, 2018-ci illə müqayisədə 40 faiz çoxdur. 

ABŞ səfirliyinin məlumatına görə, maliyyələşdirmə korrupsiya ilə mübarizə, demokratiyanın inkişafı, təhlükəsizlik, energetika, təhsil və insan haqları sahəsinə ayrılıb. 1992-ci ildən ABŞ Ermənistana 2 milyard dollardan çox təmənnasız yardım ayırıb.

ABŞ-ın Ermənistana təmannasız yardım ayırmasının arxasında başqa səbəblərin dayandığını deyən “Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu Sherg.az-a bildirib ki, heç kim ayrılan vəsaitlərin məhz deyilən istiqamətlər üzrə xərclənəcəyinə zəmanət verə bilməz:

“Təəssüf ki, ABŞ işğalçı ölkəyə yardım ayırmağa davam edir. 1992-ci ildən bu yana Ermənistana 2 milyard dollardan çox təmannasız yardım edilib. Şübhələnirəm ki, bu yardımın bir hissəsi Dağlıq Qarabağla bağlı istifadə edilir. Kim bilir, bəlkə "Dağlıq Qarabağ ordusunun güclənməsi"ndə bu pulların da müəyyən qədər rolu olub”.



Politoloq: "Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər, digər tərəfdən Azərbaycan ərazisini parçalayan separatçılara yardım ayırırlar"


Analitik qeyd edib ki, Amerika Konqresində erməni lobbisinin təsiri güclüdür. Ona görə də yardımın ayrılmasına nail olurlar:

“Həmçinin Amerika Konqresi dünyanın yeganə parlamentidir ki, Dağlıq Qarabağ separatçılarına hər il maliyyə yardımı ayırır. Halbuki rəsmi Vaşinqton Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bunun özü ziddiyətli bir yanaşmadır. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər, digər tərəfdən Azərbaycan ərazisini parçalayan separatçılara yardım ayırırlar. Bu siyasət illərdir davam edir. Baxmayaraq ki, indi prezident Donald Trampdır və o heç bir dövlətə pul vermək istəmir, əksinə Amerikanın pullarını yığmağa çalışır. Amma görürük ki, Tramp belə bacarmır və Amerika Konqresi Ermənistana bu yardımı ayırır. Düşünürəm ki, bunun arxasında başqa səbəblər də var. Çünki son günlər Amerika Konqresi Türkiyəyə qarşı siyasətini sərtləşdirir, “erməni soyqrımı” qətnaməsini qəbul edir, erməni separatçılarının "xarici işlər naziri"ni Konqresə dəvət edirlər. Bütün bunların fonunda görürük ki, Amerika Konqresi bəlkə də Trampın istəyinin əleyhinə olaraq həm separatçılara, həm də işğalçı Ermənistana yardımını artırır”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu