Xırdalana metro çəkilsin! - Bununla Bakı-Sumqayıt yolunun tıxac problemini həll etmək olar

“Məlum səbəblərdən Bakı-Sumqayıt yolunun genişləndirilməsi olduqca mürəkkibdir”. Bunu Sherg.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli deyib. 

Ekspert bildirib ki, 20 yanvar dairəsindən Sumqayıt istiqamətinə gedən yolda, həm “Şamaxinka” ərazisində, həm də "Ekologiya postu"ndan sonra Xırdalan dairəsinə qədər olan ərazidə iki yol ötürücüsü tikilib: 

“Bu tunellər kifayət qədər böyük nəqliyyat yükünü daşımaq imkanına malik deyil. Həmin konstruksiya elə quraşdırılmalı idi ki, sonrakı dövrlər üçün hansısa dəyişiklik mümkün olsun. Ötürücülər yolun enini xeyli daraldır. Eyni zamanda Bakı-Xırdalan və Sumqayıt istiqamətində Xırdalan dairəsi yaxınlığında "Ekologiya postu"nun yerləşməsi də müəyyən problemlər yaradır. Yolun sağ və sol ətrafında kifayət qədər infrastruktur obyektləri, dövlət əhəmiyyətli tikililər, avtovağzal, Biləcəri körpüsü və s. obyektlər var. Ona görə də yolu genişləndirmək imkanlarımız məhduddur. Çox unikal bir layihə ilə problemi həll etmək mümkün ola bilər. Bəlkə, yürüstü ikinci və üçüncü yol ötürücülərinin tikilməsi tıxacı nisbətən azaldar”.



Ekspert: "Tıxac əsas olaraq “Şamaxinka” deyilən ərazidən başlayıb Bakı Mühəndislər Universitetinə qədər davam edir"


İ.Hüseynli alternativ yollar məsələsinə də münasibət bildirib: 

“Biləcəri qəsəbəsi içərisindən yeni bir yolun çəkilməsi mümkündür. Ancaq gediş-gəlişin gərgin vaxtlarında həmin ərazilərdə də tıxacların yaranacağı istisna deyil. Problem ondadır ki, əksər yolların sağ və sol ətraflarında tikintilər yerləşir. Vəziyyəti qəlizləşdirən əsas amil budur. Hesab edirəm ki, ən doğru yanaşma digər nəqliyyat növünün işə salınmasıdır. 

Ekspert alternativ yol kimi metro xəttinin çəkilməsini təklif edib: 

“Tıxac əsas olaraq “Şamaxinka” deyilən ərazidən başlayıb Bakı Mühəndislər Universitetinə qədər davam edir. Həmin ərazidə yerləşən "Ekologiya postu"nun yerinin dəyişdirilməsi mümkündür. Postun yerinin dəyişdirilməsi də nəqliyyatın intensivliyindəki problemi qismən aradan qaldırar. Lakin düşünürəm ki, metro tikintisi bu istiqamətdə olan tıxacların həllinə böyük kömək edər. Belə ki, fərqi yoxdur, istər yerüstü, istər yeraltı metro xəttinin çəkilişi alternativ yol sayıla bilər. Çox yaxşı olar ki, metronun Avtovağzal stansiyasından Xırdalana, Xırdalandan Masazır, Saray və Sumqayıt ərazilərinə xətt çəkilsin”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu