Şahzadə ona yaraşıqlı deyən gənc qızlara üzüyünü göstərdi

Britaniyalı şahzadə Harri Tokio şəhərinə səfəri zamanı maraqlı hadisə ilə qarşılaşıb. Həyat yoldaşı Meqan Markl və oğlu olmadan Yaponiyaya gedən şahzadə paytaxt Tokioda məktəblərin birini ziyarət edib.

Evli olan şahzadəyə səfər zamanı gənc qızlar “yaraşıqlı” deyərək səslənib.

Harri barmağındakı evlilik üzüyü göstərərək qızlara zarafatyana cavab verib.

Qeyd edək ki, şahzadə Harri Britaniya taxt-tacına növbədə beşincidir. Britaniyalı şahzadə Harri və amerikalı aktrisa Meqan Markl 2018-ci ilin mayın19-da ailə qurub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu