Yalançı birlik görüntüsü: Bu, adamlar heç vaxt vahid mövqedə ola bilməzlər - AKTUAL

“Müxalifətin ön sıraları yenilənməli, yeni simalar gəlməlidir”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib. 

Millət vəkili bəyan edib ki, 30 ildir müxalifətdə olan insanların təfəkküründə heç bir dəyişiklik baş verməyib: 

“Dünya dəyişir, reallıqlar dəyişir, amma müxalifət həminkidir. Necə deyərlər, “köhnə hamam, köhnə tas”. Bu, masada müzakirə olunan məsələlər və bu, məsələlərə iştirakçıların yanaşması onu göstərdi ki, onların arasında özləri üçün fundamental hesab etdikləri məsələlərdə heç bir razılaşma yoxdur. Məsələn, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin mövqeyindən bəlli olur ki, onlar, əsas etibarı ilə mitinqlərin keçirilməsi məsələsində birgə fəaliyyət mexanizminin qurulması ətrafında müzakirələr aparıblar. Amma son nəticədə məlum olub ki, bu, məsələlərdə də, ortaq mövqeyə gəlmək onlara nəsib olmayıb. İştirakçıların siyahısına baxdıqda, görürük ki, hər biri özünün bütöv müxalifətin lideri olmaq iddiasındadır. Əli Kərimli bu iddiasını heç gizlətmir də. Əli İnsanov isə ilk dəfə idi ki, onlarla bir masa ətrafında əyləşirdi.



Elman Nəsirov: "Bu adamlar birləşib vahid mövqe ortaya qoymaq iqtidarında deyil"


Bir çoxları Əli Kərimlini ittiham edir ki, vaxtilə müxalifəti özünün əsas düşməni hesab edən Əli İnsanovla niyə bir masa ətrafında əyləşib müzakirə aparır. Belə söyləyirlər ki, Əli İnsanov öz cildini dəyişib. Qeyd edirlər ki,  Əli Kərimli onunla bir masa ətrafında müzakirə apararkən Əli İnsanovun səviyyəsinə enmiş olur”. 

Parlament üzvünün sözlərinə görə, müxalifət dairələrinin özləri bir-birini ittiham edir: 

“Məlum oldu ki, tərəflərin hər birinin öz ambisiyası var. Ən ciddi məsələlərdə bir-birinin mövqeyini qəbul etmirlər. Sadəcə müxalifətin birlikdə olmasının görüntüsünü yaratmaq üçün bir araya toplaşıblar. Ən çox tənqid olunan məsələ onunla bağlıdır ki, bu adamlar birləşib vahid mövqe ortaya qoymaq iqtidarında deyil. Əslində, onlar toplaşmaqla demək istəyirdilər ki, müxalifət bir araya gəlib vahid qərar qəbul edə bilər. Amma məlum olur ki, sonda heç bir qərar qəbul edilməyib”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu