Azərbaycanda ərzaqın qiymət artımı gözlənilmir - İqtisadçı

Gürcüstanda çörəyin qiyməti 11 faiz bahalaşıb. Qonşu ölkədə keçən illə müqayisədə  ərzaq məhsullarının qiymətində kəskin artım hiss olunur.

Gürcüstandakı ərzaq bahalaşmasının ölkəmizə təsirinin olmadığını deyən iqtisadçı-ekspert Natiq Cəfərli Sherg.az-a qeyd edib ki, qonşu ölkə ilə Azərbaycan bazarında fərq var:

"Gürcüstandakı bahalaşmanın ölkəmizə təsir ehtimalı çox azdır. Bu, iki səbəblə bağlıdır. Birincisi Gürcüstanın milli pul vahidi olan larinin qiymətdən düşməsi, ikincisi dünya bazarında taxılın qiymətinin artması....

Bahalaşmada hökumətin heç bir müdaxiləsi yoxdur. Baş verən tendensiya sadəcə bazardakı qiymətlərin dəyişməsi ilə əlaqədardır.  Düşünürəm ki, bahalaşmanın ölkəmizə təsiri olmayacaq. Ancaq Gürcüstandan Azərbaycana müxtəlif ərzaq məhsulları gətirənlər aldıqlarını baha qiymətə satacaqlar. Başqa sözlə desək, yalnız Gürcüstandan gətirilən məhsulların qiymətində artım müşahidə oluna bilər”. 

Kənan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu