İngiliscəni ən yaxşı danışan ölkələr – Hollandiya liderdir


Getdiyiniz ölkədə insanlarla ünsiyyət qurmaq, alver etmək və ünvan soruşmaq üçün hər mövzuda əhəmiyyətlidir. Günümüzdə dünyada ən çox qəbul olunan ingilis dilini bilmək bu baxımdan çox vacibdir. Bəs, ana dili ingilis olmayan ölkələr içərisində bu dilə ən  hakim ölkələr hansılardır? Birinci sırada Hollandiya var!
Sherg.az xarici mediayaya istinadən xəbər verir ki, İsveçin bir təhsil araşdırma şirkətinin araşdırmasına görə, Hollandiya ana dili ingilis olmayan ölkələr içində bu dili ən yaxşı danışan ölkədir.
Təxminən 2.5 milyon adamın qatıldığı testlər nəticəsində əldə edilən nəticələr Fransaya dair bir gerçəyi də ortaya çıxarıb. İngiliscə danışmaq mövzusunda çətinliyi olan fransızlar zaman içində çox məsafə qət edib.

Aralıq dənizi ölkələrinə gəldikdə isə vəziyyət, turizmə baxmayaraq olduqca pisdir. İngiliscə məlumatı baxımından İspaniya ən zəif ölkələrdən biridir.
Bir başqa Aralıq dənizi ölkəsi olan İtaliyada da vəziyyət çox fərqli deyil.
Almaniya, Hollandiyadan sonra Avropa qitəsində ingiliscəni ən yaxşı danışan yerlərin başında gəlir.
Skandinaviya ölkələri dil bənzərliyinin də təsiriylə ingiliscə danışmaq mövzusunda olduqca bacarıqlıdır. Belə ki, isveçlilər ilk sıradadır.
Norveç də qonşusu İsveç kimi bu olduqca yaxşı vəziyyətdədir.
Bir başqa şimal ölkəsi olan Danimarka da qonşuları kimi ingilis dilində olduqca yaxşıdır.

Dünyada ən çox danışılan ikinci dil olan ingilis, bir çox ölkənin tədris planında da xarici dil kimi yer alır. Ancaq son zamanlar vəziyyət dəyişməyə başlayıb.

İngiliscənin yanında ispan, rus və ən çox da çin dilinə tələbat artmaqdadır.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu