Sədr: "Bizim Babək prospektində heç bir işimiz qalmayıb"

Babək prospektində kanalizasiya xətlərinin yenidən çəkiləcəyi ilə bağlı xəbər yanlışdır.

Bunu “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov YAP-ın İcra Katibliyində keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yayılmış informasiya tamamilə səhvdir və bu məlumatla bağlı texniki xəta olub:

“Həmin prospektdə işlər çoxdan başa çatıb. Bu, sadəcə, saytda yaranmış texniki bir səhv olub. Orada bizim heç bir işimiz qalmayıb. Saytda tarix səhv qeyd olunub”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu