Gələn çaşır: Bura Yaponiya deyil, Türkiyədir... - FOTOLAR


Türkiyənin ilk texnoloji restoranı fəaliyyətə başlayıb.  İki aydır Ataköydə xidmət göstərən restoran fərqli masaları və robot qarsonları ilə böyük marağa səbəb olub.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, restorana gələn müştərilər əvvəlcə internet infrastrukturu olan masalardakı dijital menyudan istədiyi yeməyi seçir.



Müştərinin seçdiyi menyu, mətbəxdəki kompüter ekranına düşür. Aşbaz tərəfindən hazırlanan yeməklər daha sonra robot qarsonların xidmət nimçəsinə yerləşdirilir.
Restoranda, "Rozzy" və "Robo" adı verilən üç robot qarson xidmət göstərir. Müştərilərlə dialoqa da girən robotlar, "Mən Rozz, bu sizin qabınız. Dönməm üçün qoluma toxuna bilərsinizmi?" deyə danışır. Robot qarsonlar sifarişi müştərinin masasına gətirdikdən sonra yeni xidmət  üçün restoranın mətbəx hissəsinə keçir.



Restoranın müştəriləri, bir tərəfdən yeməklərini yeyir, digər tərəfdən də masalardakı tətbiqlər üzərindən internetdə gəzə bilir.

Administrator Ərdal Dəmirçi, jurnalistlərə verdiyi aşıqlamada , Almaniya, Çin və Yaponiyada robotların xidmət etdiyi restoranlar gördüklərini, daha sonra Türkiyədə yemək sektorunda bu proyekti həyata keçirmək üçün işlərə başladıqlarını söyləyir.



İki ay əvvəl fəaliyyətə başlayan restoranla əlaqədar çox müsbət reaksiyalar aldıqlarını ifadə edən Dəmirçi, "Xüsusilə uşaqlar restoranı çox sevir. Robotlar restoranın qarşısından keçənlərin marağını çəkir" deyə bildirir.

Qarsonların, robot qarsonlara baxışını qiymətləndirən Dəmirçi belə davam edir:
"Hər nə qədər robot xidmət etsə də, insana hər vaxt ehtiyacımız olur. Nəticədə texnologiyanı inkişaf etdirən bizik, amma onu idarə edən də bizik. Fərqli bir xidmət təqdim etmək, xüsusilə uşaqları xoşbəxt etmək bizi də xoşbəxt edir".

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu