Ledi Qaqa Kuperlə münasibətindən danışdı: "Hər şey bir ssenari idi"

Dünya şöhrətli müğənni Ledi Qaqa aktyor Bredli Kuperlə sevgili olması xəbərlərinə aydınlıq gətirib.

Ledi Qaqa bu münasibəti işıqlandırmaq istəyən jurnalistləri “axmaq” adlandırıb.

“Sadəcə, biz gözəl bir sevgi hekayəsi danışdıq. Amma hər şey əvvəldən sona kimi qurulmuş bir ssenari idi. Bu işin öhdəsindən ustalıqla gələ bildik. Ona görə də jurnalistlər axmaqdır”, - deyə müğənni bildirib.

Qeyd edək ki, 33 yaşlı Ledi Qaqa və 44 yaşlı Bredli Kuper “Ulduzun doğuluşu” filmində birlikdə rol alıb. Onların bir-birinə yaxın olması sevgili olması dedi-qodulara səbəb olmuşdu. İki tərəf də xəbərləri yalanlamamışdı.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu