Qarabağla bağlı növbəti təxribatın qarşısı alındı

Almaniyada Dağlıq Qarabağla bağlı növbəti təxribatın qarşısı alınıb.

Report xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfirliyi “EuroSchein Souvenir GmbH” şirkəti tərəfindən üzərində “Republic of Artsakh” yazısı olan 0 avro suvenirinin dövriyyəyə buraxılmasının qarşısını alıb.

Səfirliyin müdaxiləsindən sonra şirkətin rəhbərliyi Azərbaycandan üzr istəyib, suvenirin dövriyyəyə buraxılmayacağını bildirib və bu barədə məlumatı internet saytından silib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu