Niyaməddin Orduxanlı: "Müxalifət hər seçki öncəsi müvəqqəti olaraq bir araya gəlir"

"Amma seçkidən sonra bir-birini ən ağır söyüşlərlə təhqir və ittiham edirlər"




“Cəmiyyət müxalifətin 5 noyabr iclasını lağlağı obyektinə çevirdi. Onların “birlik” toplantısını kinayə ilə, gülüşlə qarşıladı”. Bunu Sherg.az-a açıqlamasında BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib.

Partiya təmsilçisi bildirib ki, sabiq səhiyyə naziri Əli İnsanovun da qatıldığı həmin iclas müxalifətin nə qədər ikiüzlü və riyakar olduğunu ortaya qoydu: 

“Əli İnsanov nazir olduğu dövrdə Azərbaycan dilinin lüğətində olan ən pis ifadələrlə müxalifəti, İsa Qəmbəri, Pənah Hüseyni, Arif Hacılını, Əli Kərimlini təhqir edirdi. Hətta ailələrini belə söyürdü. İndi isə bir masa arxasında otutub “birlik” görüntüsü verirlər. Mənəvi dəyərlərə hər zaman böyük önəm verən xalqımız bu görüşü məhz buna görə tənqid edir. Çünki müxalifətin bu hərəkətini başa düşmür. Əslində ora toplaşan adamların hamısı eyni qazana atıb qaynatsalar belə, yenə də, birləşə bilməzlər. O adamların birliyi mümkün deyil. Sadəcə xaricdən aldıqları sifarişə uyğun olaraq bir araya toplaşıblar. Müxalifət hər seçki öncəsi müvəqqəti olaraq bir araya gəlir. Amma seçkidən sonra bir-birini ən ağır söyüşlərlə təhqir və ittiham edirlər. Xaricdən gələn sifarişin əsas səbəbi isə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlardır. Məqsəd islahatlara, kadr dəyişikliklərinə mane olmaq, prosesi ləngitməkdir. Zənn edirlər ki, bir-birinə nifrət edən müxalif qüvvələri bir araya gətirməklə, 100-200 nəfəri Əli Kərimlinin vasitəsi ilə küçələrə çıxartmaqla öz çirkin məqsədlərinə çata biləcəklər. Əfsuslar olsun ki, həm Qərb dairələrində, həm qonşularımızda Azərbaycanda mülki və hüquqi cəmiyyətin və insan hüquqlarının qorunmasında maraqlı olmayan qüvvələr var”. 

N.Orduxanlı vurğulayıb ki, 30 il ərzində müxalifət düşərgəsi müxtəlif adlar altında dəfələrlə “birlik” nümayiş etdirib: 

“Əli İnsanov həbsxanada olsa da, nümayəndəsi həmin görüşlərdə iştirak edirdi. Axı indiyə qədər olan toplantılar, “birlik”lər nəyi dəyişdi ki?! Bir siyasətçi olaraq iclasda iştirak edənlərə bir sualım var. Əli İnsanov türmədən çıxanda ilk mətbuat konfransında belə bir müraciət ünvanladı. Dedi ki, “Dağlıq Qarabağ problemi yalnız sülh yolu ilə həll olunmalıdır”. Əli İnsanov müharibəni birmənalı istisna etdi. Bu adam açıq şəkildə Azərbaycanın milli və dövlət maraqlarına xəyanət etdi. Əslində demək istəyir ki, “Siz məni hakimiyyətə gətirin, mən də sülh yolu ilə torpaqları ermənilərə verim”. Hansı sülhdən söhbət gedir ki, 20 faiz torpağımız işğal altındadır, milyon nəfər qaçqınımız var. Yəni bu adam hakimiyyətə gəlmək naminə Qarabağı sülhlə verməyə belə hazırdır. Erməni lobbisinə mesaj verir ki, onun hakimiyyətə gəlməsinə dəstək olsunlar. Ona görə də bu məsələni cəmiyyətə, sadə insanlara anlatmaq lazımdır. Əli İnsanovla yanaşı oturan adamlara sual edirəm ki, siz erməni maraqlarına xidmət etməyə hazır olan bir şəxslə niyə bərabər hərəkət edirsiz? Yoxsa sizdəmi o fikirdəsiniz?”.

Partiya rəsmisinin sözlərinə görə, məlum şəxsin Qərbi Azərbaycanlıların adından danışmağa haqqı yoxdur: 

“Mən Qərbi Azərbaycan kökənliyəm. Yaşadığım Mehdibad qəsəbəsində təxminən 50 min insan yaşayır. Onun 90 faizi Qərbi Azərbaycandan gəlmədir. Əli İnsanov səhiyyə naziri olanda bir dəfə də olsun Mehdiabad qəsəbəsində insanlarla görüş keçirməyib. O nazir olanda qəsəbədəki köhnə poliklinikada siçovullar gəzirdi. Qəsəbə sakinləri buna şahiddir. 2004-cü ildə cənab Prezident İlham Əliyev Mehdibadda əhali ilə görüş keçirdi. Ondan sonra da dəfələrlə Abşerona səfərlər etdi. Məhz dövlət başçısının tapşırığı əsasında Mehdiabad qəsəbəsində böyük ambulator tibb müəssisəsi tikildi və bütün texniki avadanlıqlarla təchiz olundu. Bu hadisəni ona görə qabardıram ki, heç kim region və yerliçilik faktına söykənib öz siyasi maraqlarını həyata keçirə bilməz. Hər kəs öz adı ilə danışsın. Qərbi Azərbaycanlıların da, şəkililərin də, şirvanlıların da, naxçıvanlıların da, ümumiyyətlə hər bölgənin tək lideri var, o da İlham Əliyevdir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu