Bakıda bu adaları birləşdirən yol çəkilə bilər

Azərbaycan hökuməti Pirallahı və Çilov adalarını birləşdirəcək və uzunluğu 22 km olacaq yol çəkməyi planlaşdırır.

Report-un məlumatına görə, bu məsələ “Pirallahı” Külək Enerji Parkının salınması çərçivəsində nəzərdə tutulub.

Parkın ümumi gücünün 198 MVt olması planlaşdırılır. Layihə çərçivəsində hər biri 3,3 MVt gücə malik 60 ədəd külək turbininin quraşdırlması nəzərdə tutulur. Lakin bu rəqəm dəyişə də bilər.

"Layihənin ümumi dəyəri hələ ki, dəqiq qiymətləmdirilməyib. Bunun üçün texniki-iqtisadi əsaslandırma hazırlanmalıdır. Lakin 2017-ci ildə aparılmış təqribi qiymətləndirmə əsasında həmin məbləğin 440 milyon avro olduğu müəyyənləşdirlib” – deyə nazirlikdən bildirilib.

Layihənin reallaşdırılmasına “China Power Engineering Consulting Group Corporation” (CPECC) maraq göstərir və hazırda bu şirkətlə layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması istiqamətində müzakirələr aparlır.

“Layihənin icrasına başlanılması bu sahəni tənzimləyən normativ hüquqi bazanın formalaşdılırmasından asılıdır. Energetika Nazirliyi bu istiqamətdə tədbirlərn həyata keçirməyə artıq başlayıb. "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanun layihəsi hazırlanaraq rəy və təkliflər üçün aidiyyəti üzrə təqdim edilib”, - deyə qurumdan qeyd olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu