Məşhur yazıçının əri intihar etdi

Məşhur yazıçı Sereay Şahinlərin əri İbrahim Özkan məhkəmə binasında intihar edib.

Unikal.org xəbər verir ki, 35 yaşlı kişi içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün mühakimə edilib və ona 4 ay 5 gün həbs cəzası verilib. Lakin məhkəmə hökmün icrasını təxirə salıb. Buna baxmayaraq, İbrahim özünü ədliyyə binasının 7-ci mərtəbəsindən atıb.

Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Özkanın intihar səbəbi isə bilinmir.

Yaşanan hadisə binada böyük panikaya yol açıb. Orada olan qadınlardan bəziləri gördükləri mənzərə qarşısında huşunu itirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu