"Qarabağ" tarixi şansı əldən qaçırdı 

"Qarabağ" və APOEL (Kipr) komandalarının UEFA Avropa Liqasında qrup mərhələsinin IV tur oyunu üçün start heyətləri açıqlanıb.

Axar.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lə çıxacaqlar:

APOEL: 27. Vid Belets, 6. Savvas Gentsoqlu, 8. Lukas Souza, 9, Linus Hallenius, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 23. Joaozinyo, 29. Praxitelis Vouros, 44. Nikolas Yannu (k), 90. Vuyadin Saviç, 91. Draqan Mixayloviç

"Qarabağ": 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 8. Miçel, 10. Dani Kintana 14.Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov.

Qeyd edək ki, bu gün Nikosiyadakı "GSP Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:55-də başlanacaq.

***

Bakı vaxtı ilə 21:55-də "Qarabağ" - APOEL matçına start verilib.

Matçı canlı olaraq Buradan izləyə bilərsiniz.

***

10-cu dəqiqədə "Qarabağ"ın oyunçusu Maksim Medvedyev hesabı açıb: 0-1.

***

APOEL matçın 59-cu dəqiqəsində Lukas hesabı bərabərləşdirdi: 1-1.

***

İonnoi matçın 89-cu dəqiqəsində APOEL-in 2-ci qolunu vurdu: 2-1.

***

"Qarabağ" səfərdə APOEL-ə 2-1 məğlub oldu. Bununla təmsilçimiz turnir cədvəlində 3-cü pilləyə yuvarlandı.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu