Köçəryana daha bir ağır zərbə: Oğlu ilə...

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Sedrak Köçəryana atası ilə görüş qadağan edilib.

Report xəbər verir ki, bunu Robert Köçəryanın vəkili Ruben Saakyan noyabrın 7-də jurnalistlərə bildirib.

Jurnalistin "ata ilə oğlun görüşünə niyə icazə vermirlər" sualına cavabında vəkil bildirib ki, bunu onlardan (hakimiyyəti nəzərdə tutur - red.) soruşun.

Qeyd edək ki, noyabrın 7-də İrəvan məhkəməsinin hakimi Anna Danibekyan Robert Köçəryanın girov qarşılığında zaminə buraxılmasına dair vəsatəti təmin etməyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu