İki ölkə BMT-nin nasizmə qarşı qətnaməsini dəstəkləmədi

BMT Baş Assambleyasında Rusiya Federasiyasının nasizmə qarşı hazırladığı qətnamə qəbul edilib.  “RİA Novosti”nin verdiyi məlumata görə, BMT Baş Assambleyasının sosial və humanitar məsələlər üzrə üçüncü komitəsində Rusiyanın qətnaməsi səs çoxluğu ilə qəbul edilib.

Lakin Ukrayna və ABŞ buna qarşı çıxıb. 

Qətnamə ölkələrə “II Dünya Müharibəsinin nəticələrinə baxılmasının və insanlığa qarşı cinayətlərin və İkinci Dünya Müharibəsi zamanı törədilmiş cinayətlərinin rədd edilməsinin qarşısını almaq üçün” konkret tədbirlər görməyi tövsiyə edir.

Politoloq Yevgeni Ben “Sputnik Radiosu”nda səsvermənin nəticələrini belə şərh edib:

“Ukraynaya gəldikdə, onun belə mövqeyi normaldır, çünki Kiyev Bandera cinayətkarlarını, Şukeviç və Banderanın ardıcıllarını, Böyük Vətən Müharibəsi qəhrəmanları ilə müqayisə edir. ABŞ üçün bu, hər şeydən əvvəl Rusiyanın mövqeyinə qarşı çıxmaq naminə siyasiləşmiş fürsətçi hərəkətdir”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu