Ermənistana xəbərdarlıq: "Hərbi əməliyatlar bərpa edilərsə..."

“Ermənistan rəhbərliyi kələfin ucunu itirib”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, düşmən ölkəyə rəhbərlik edənlər harada, necə danışmaq lazım olduğunu bilmirlər: 

“Həm Ramil Səfərovla bağlı səsləndirilən fikirlər, həm də münaqişənin danışıqlar yolu ilə həll edilməsinə vurulan zərbələr bunu deməyə imkan verir. Bütün dünya Ermənistanı işğalçı ölkə kimi, aqressor kimi tanıyır. İşğala məruz qalan bizik və beynəlxalq hüquqa əsasən hər zaman silaha əl ata bilərik.



Deputat: "Nə qədər gec deyil, Ermənistan rəhbərliyi ağıllarını başlarına yığmalıdır"


Əgər belə olarsa, Ermənistan üçün nəticələr ağır olacaq. Məsələ ondadır ki, Ermənistan rəhbərliyi ermənilərin xoşuna gəlmək üçün sərsəm açıqlamalar verir. Bu da münaqişənin həllinə baxışların dəyişilməsinə gətirib çıxarır. Baxışın dəyişilməsi isə müharibə deməkdir. Əgər hərbi əməliyyatlar yenidən başlayarsa, onsuz da siyasi-iqtisadi böhranın içində çabalayan ermənilər məhv olmaq təhlükəsi ilə üz-üzə qalacaqlar. Düşünürəm ki, nə qədər gec deyil, Ermənistan rəhbərliyi ağıllarını başlarına yığmalıdır. Əks halda nəticələr düşmən üçün acınacaqlı olacaq”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu