Metroda qiymət artırılacaq? - RƏSMİ CAVAB

Yaxın gələcəkdə metroda heç bir tarif artımı gözlənilmir.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə “Bakı Metropoliteni” QSC-nin baş mühədisi Əlixan Osmanov deyib.

O bildirib ki, hazırda Bakı metrosu MDB məkanında gedişhaqqına görə ən ucuz metrodur:

“Bu gün bir sərniçin daşınma xərci 30 qəpikdir. Amma həmin vəsait sərnişinin daşınmasına çəkilən xərcin yalnız 60%-ni qarşılayır. Buna baxmayaraq  bu gün Bakı Metropolitenində qiymət artımı gündəmdə deyil”.

Metropoliten rəsmisi gələcəkdə differensial tariflərin tətbiqinin də mümkün olacağını qeyd edib:

“Bu gün “Bakı Metropoliteni” heç də uzaqmənzilli metropoliten deyil. Gələcəkdə 76 stansiyamın hamısı istismara veriləndın sonra belə bir sistemin tətbiqi çox rahatdır. Bu gün isə bunu tətbiqi əhəmiyyətsizdir”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu