"Su pasportu" ikinci dərəcəlidir: Əvvəlcə suyun keyfiyyəti yaxşılaşdırılmalıdır

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov keçirdiyi mətbuat konfransında Azərbaycanın rayonları üzrə "Su pasportları"nın hazırlanacağını anons edib.  Q.Hüseynov bildirib ki, suyun keyfiyyəti, əhalinin sayı, su təchizatı, suyun kim tərəfindən təchiz edilməsi kimi parametrlər pasportda öz əksini tapacaq.

Sədr qeyd edib ki, regionlarda bütün su mənbələrinin yaxşılaşdırılması məsələsi daim diqqətdə saxlanılır:

“Ölkənin 50-dən çox regionunda su təminatının yaxşılaşdırılması ilə bağlı işlər həyata keçilir”.



Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri, “Oğuz-Qəbələ-Bakı” su kəmərinin çəkilişi ilə bağlı monitorinq aparmış Mirvari Qəhrəmanlı “Şərq”ə açıqlamasında "Su pasportları"nın hazırlanmasının ikinci dərəcəli iş olduğunu dedi: 

"Əvvəl ölkədə suyun keyfiyyəti yaxşılaşdırılmalıdır, sonra pasport haqqında düşünmək olar. Avropadan ölkəmizə gələn əksər turislərə qeyri-rəsmi xəbərdarlıq edilir ki, birbaşa krandan su içmək sağlamlıqları üçün təhlükəlidir. Belə olduğu halda, ikinci dərəcəli işlərdən deyil, əsas işin icrasından başlamaq lazımdır. Bu gün ən problemli məsələ suyun çirkli, keyfiyyətsiz olmasıdır".

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu