Avtomobildən və evdən oğurluq edən şəxslər saxlanılıb

Gəncə şəhəri Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları rayonda “VAZ-2107” markalı avtomobildən 1300 manat məbləğində pul, maqnitofon və bank kartı oğurlamaqda şübhəli bilinən şəhər sakini M.Sultanovu saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları isə noyabrın 6-da rayondakı evlərin birindən V.Mütəllimovun bank kartını oğurlayaraq hesabındakı 210 manatı çıxarmaqda şübhəli bilinən Çərəkə kənd sakini A.Mütəllimovu yaxalayıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu