Salyanda avtomobil aşdı: 1 nəfər öldü, 2 nəfər yaralandı

Salyanda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Musayev Vüqar Özüxan oğlu idarə etdiyi “Jiquli” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib və maşın yolun kənarına aşıb.

Qəza nəticəsində sürücünün qohumu, Salyan rayon sakini, 1961-ci il təvəllüdlü Musayev Rəşid Musa oğlu hadisə yerində keçinib. Müxtəlif dərəcəli xəsarətlər alan sürücüsünün özü və digər qohumu 1957-ci il təvəllüdlü Musayev Vəlixan Rəşid oğlu Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır .

Paylaş

Bizi Facebookda izləyin
menu
menu