ABŞ Mərkəzi Komandanlığı: "İranın vurduğu PUA bizə məxsus deyil"

İranın hava məkanında vurulan pilotsuz uçuş aparatı (PUA) ABŞ Silahlı Qüvvələrinə məxsus deyil.

APA-nın xəbərinə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.

“İranın hava məkanında ABŞ-a məxsus pilotsuz uçuş aparatının vurulması ilə bağlı yayılan informasiyalar yanlışdır”, - deyə açıqlamada qeyd edilib.

Xatırladaq ki, bu gün İran Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Fars körfəzində, Mahşəhr limanı yaxınlığında naməlum PUA vurulub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu