Pompeo: "NATO qocalmaq riski ilə üz-üzədir"

NATO qeyri-effektiv və qocalmış təşkilat olmaq riski ilə üz-üzədir.

Axar.az xəbər verir ki, bunu Berlində çıxışı zamanı ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

“NATO üzvləri hesab edirsə ki, onlar NATO-ya lazımlı resursları ödəmədən öz təhlükəsizlikləri üçün fayda götürə bilərlər, o zaman yanılırlar. Belə ki, NATO-nun qeyri-effektiv və ya qocalmasıyla bağlı risk mövcuddur. NATO-nun 70 yaşı var və dəyişikliklərə ehtiyac duyur. O bu günün çağırışlarına müqavimət göstərməlidir”, - deyə o bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu