"Qarabağ Azərbaycandır və nida işarəsi" - Yürüş keçirildi - FOTO

Müdafiə Nazirliyi və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Günü münasibətilə “Qarabağ Azərbaycandır və nida” devizi altında yürüş keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, yürüşdə nazirliyin, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin nümayəndələri, Qarabağ müharibəsi əlilləri və veteranları, həmçinin ictimaiyyət nümayəndələri də iştirak edib.

İştirakçılar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi" fikrinə dəstək olaraq reallaşdırdıqları yürüş boyunca Bakıdan Tərtərə, Qazaxdan Gəncəyə, Biləsuvardan Beyləqana gedən avtomobil yollarının üzərində yerləşən şəhər və rayonlardakı şəhidlər xiyabanlarını, həlak olmuş döyüş yoldaşlarının məzarlarını ziyarət edib, xatirələrini ehtiramla anıblar. Yolboyu Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar səsyazma avtomobili vasitəsilə Azərbaycan xalqının zəfər marşı səsləndirilib.

Sonda isə tədbir iştirakçıları düşmənlə təmas xəttində yerləşən “N” hərbi hissəsində xidmət edən hərbi qulluqçularla görüşüb və onları bayram günü münasibətilə təbrik ediblər.




Paylaş

Bizi Facebookda izləyin
menu
menu