Bakıda 10 yaşlı qız dərmandan zəhərləndi

Bakıda 10 yaşlı qız dərmandan zəhərlənib.

Report xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib.

Belə ki, 10 yaşlı A.Əlizadə evdə soyuqdəymə əleyhinə dərman qəbul edəndən sonra zəhərlənib və xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu