Böhran qızışır: Saakaşvili Kişinyova getdi

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Kişinyova gedib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Moldova prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Ernest Vardanyan deyib. O, Saakaşvilinin ölkədəki böhran zamanı Kişinyova gəlməsinin təsadüf olmadığını bildirib.

Qeyd edək ki, bundan öncə Kişinyovda yeni daxili siyasi böhran başlayıb. Belə ki, parlamentdəki Sosialistlər Fraksiyası Maya Sandunun hökumətinə qarşı etimadsızlıq göstərilməsi təşəbbüsü ilə çıxış edib. Saakaşvili Sandu hökumətinə dəstək verib və ona təcrübəsiylə yardım etməyə hazır olduğunu söyləyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu