Azərbaycanda Mustafa Kamal Atatürkü andılar 


Türkiyənin Gəncədəki Baş Konsulluğunda Mustafa Kamal Atatürkün vəfatının 81 il dönümü ilə bağlı anım tədbiri keçirilib.

APA -nın yerli bürosunun məlumatına görə tədbirdə Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, türkiyəli iş adamları, ziyalılar, tələbələr və məktəblilər iştirak ediblər.

Əvvəlcə Mustafa Kamal Atatürkün və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk bildirib ki, Mustafa Kamal Atatürk XX əsrdə dövlət quran böyük öndərlərdən biridir, siyasi baxımdan çox çətin və mürəkkəb vəziyyətdə fəaliyyət göstərib. Osmanlı dövlətinin səylərinə baxmayaraq, ölkə xarici və daxili təzyiqlər, eləcə də Birinci Dünya müharibəsinin nəticələrinə görə çox acınacaqlı durumda olub. Mustafa Kamal Atatürk belə bir şəraitdə xalqı səfərbər edərək milli mübarizəyə başlayıb. Heç bir beynəlxalq gücün hegemonluğunu qəbul etməyən, yalnız xalqın iradəsinə, gücünə, mətinliyinə, fədakarlığına, qəhrəmanlığına arxalanan Mustafa Kamal Atatürk bu mübarizəni qələbə ilə başa çatdırıb.

Tədbirdə Mustafa Kamal Atatürklə bağlı videoçarx nümayiş etdirilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu