Lavrov: "Ankara-İrəvan yaxınlaşmasında yardıma hazırıq"

Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına yardım etməyə hazırdır.

Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

“Biz çalışırıq ki, Ermənistan-Türkiyə münasibətlərində mövcud olan problemlər həll edilsin. Biz Sürix protokollarının imzalanmasında aktiv rol oynamışıq, bunun Dağlıq Qarabağ münaqişəsinin həllindən asılı olmayaraq qüvvəyə minəcəyi gözləntisinə dair xəbərdarlıq etmişdik. Bizim ciddi şübhələrimiz vardı”, – deyə o bildirib.

Lavrov Ermənistan-Türkiyə protokollarının uğursuzluğa düçar olmağına rəğmən, Moskvanın hələ də iki ölkənin münasibətlərinin normalaşmasında öz imkanlarından istifadə etməyə hazır olduğunu deyib. Onun sözlərinə görə, münasibətlərin normallaşmasında ilk növbədə Ermənistanla Türkiyə maraqlı olmalıdır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu