Bərdədə iki maşın toqquşdu: Bir ailənin üç üzvü yaralandı

Bərdədə yol nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb. 

“Mercedes” markalı avtomobillə “Honda” markalı maşın toqquşub. 

Nəticədə üç nəfər, Kəlbəcər rayon məcburi köçkünləri - 1963 -cü il təvəllüdlü Tağıyeva Gülzar Savalan qızı, 1999-cu il təvəllüdlü Tağızadə Vüsal Zahid oğlu, 1990-cı il təvəllüdlü Tağıyev Elnur Məhəmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım maşını ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu