Tərtərdə minik avtomobili traktora çırpıldı:Sərnişin öldü

Tərtərdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndi ərazisində qeydə alınıb. 

Bakı şəhər sakini Rəşid Əlizadə idarə etdiyi “VAZ-21901” markalı avtomobili qarşıda gedən kənd sakini Vüqar Hüseynovun idarə etdiyi “Belarus” markalı traktorun qoşqusuna çırpıb.  

Nəticədə “VAZ-21901”in sərnişini, Ağcabədi rayon sakini Səyyarə Məhərrəmova hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu