Baş Nazir Əli Əsədov Milli Məclisə gəldi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının 2020-ci il üzrə dövlət büdcəsi zərfinə daxil olan layihələrin müzakirəsi başlayıb.

İclası Milli Məclisin sədri Oqtay Əsədov açıb.

O, Konstitusiya günü münasibətilə deputatları təbrik edib.

Qeyd edək ki, iclasda Baş Nazir Əli Əsədov da iştirak edir.

Xatırladaq ki, noyabrın 12-si, 13-ü və 14-də keçiriləcək plenar iclaslarda "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihələri, həmçinin Milli Məclisin və Hesablama Palatasının növbəti il üçün xərclər smetaları müzakirə olunacaq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu