Şok rəqəmlər açıqlandı: Bu xəstəlik hər 39 saniyədə bir uşaq öldürür – Dünyaya çağırış


Öldürücü Pnevmoniya xəstəliyi dünyada ötən il hər 39 saniyədə 5 yaşdan aşağı olan bir körpənin ölümünə səbəb olub. 
«Sherg.az» «sciencesetavenir.fr» ə istinadən xəbər verir ki, artıq dünyaın səhiyyə təşkilatları da bununla bağlı həyəcan təbili çalır. 
Ötən il öldürücü Pnevmoniya xəstəliyi üzündən dünyada 800 mindən artıq 5 yaşına qədər olan uşaq ölüb. 

Dünyasını dəyişən körpələrin çoxu 2 yaşdan aşağı olan uşaqlardır. Onlardan 153 minini 1 aylıq körpələr təşkil edir. Artıq Dünya Səhiyyə Təşkilatı da bu xəstəliyə qarşı « Dünyəvi Mübarizə » üçün çağırış edib. 

Bu respiratuar xəstəliyə ağciyərə təsir edən mikroskopik bakteriyalar, viruslar və ya göbələklər səbəb ola bilər. 

Pnevmoniyaya yolxuma zaman  ağciyərlərin alveolları irin və maye ilə dolur, bu da nəfəsalmanı ağırlaşdırır və oksigenin udulmasını məhdudlaşdırır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Pnevmoniya dünyadakı 5 yaşadək uşaqların ümumi ölümünün 15 faizini əhatə edir. 

« Uşaqların Xilası » təşkilatının rəhbəri Kevin Vatkins qeyd edib ki, milyonlarla uşaq vaksinlər, antibiotiklər və oksigen müalicəsi olmadığına görə ölür. 
Təşkilatların yaydığı məlumata görə, pnevmoniyadan dünyanın 5 ölkəsində- Nigeriyada 162 min, Hindistanda 127 min, Pakistanda 58 min, Konqoda 40 min, Efiopiyada 32 kin körpə vəfat edib. 

İshal xəstəliklərinə görə, 2018-ci ildə dünyada 437 min, malyariyadan isə 272 min körpə həyatını itirib. 
Bu dəhşətli rəqəmlərə görə, 2020-ci ildə bütün aidiyyəti təşkilatlar İspaniyada dünyəvi forum keçirəcəklər. 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu