Ərdoğan Trampla sərt danışıqlar aparacaq

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan noyabrın 12-13-ü tarixlərində ABŞ-a səfər edəcək.

Türkiyə mətbuatı xəbər verir ki, o, prezident Trampla Vaşinqtonun Suriya barədə razılaşmalara riayət etməməsini müzakirə edəcək.

“Suriyadakı vəziyyəti hərtərəfli müzakirə edəcəyik. “Barış pinarı” əməliyyatının son mərhələsi barədə məlumat verəcəm. Təhlükəsizlik zonası yaradılması barədə razılaşmaya riayət olunmadığını xatırladacam”-deyə Ərdoğan bildirib.

Xatırladaq ki, ABŞ və Türkiyə oktyabrın 17-də “Barış pınarı” əməliyyatının dayandırılması barədə razılaşıb. Razılaşma 12 saat ərzində kürd qruplaşmalarının Türkiyə-Suriya sərhədindən 30 kilometr geri çəkilməsini nəzərdə tutur.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu