Yasamalın icra başçısı vəzifəsindən çıxarıldı - Suraxanıya rəhbərlik edəcək

Prezident İlham Əliyev Ə.Əzizovun Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Əziz İmran oğlu Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə, Ə.Əzizov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu