MSK sədri: "Elə etməliyik ki, seçkilərdə pozuntular olmasın"

Seçkilərdə imzaların vətəndaş tərəfindən atılmaması, imzanın vətəndaşın özünə məxsus olmaması barədə olan iddialarla bağlı qərar məhkəmə tərəfindən verilməlidir.

Trend-in məlumatına görə, bunu "Seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli" mövzusunda seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, seçki hüquqları ilə bağlı işlərə məhkəmələrdə baxılması halları bütün sivil ölkələrdə var və biz də ölkəmizdə belə halların olmasına görə narahat olmamalıyıq: "Azərbaycan Avropa ölkələri ailəsinin üzvüdür. Bu ailənin də ümumi tələbləri və qaydaları var. Bu qaydalar isə çox sivildir. Azərbaycan daxilində seçki prosesləri elə həyata keçirilməlidir ki, ölkə vətəndaşının Avropa Məhkəməsinə çıxmaq hüququ pozulmasın. Elə etməliyik ki, seçkilərdə pozuntular olmasın və bunlar bizim dövlətçilik ideyalarımıza kölgə salmasın. Ümumi mənzərədən baxılarsa, Azərbaycanda bu istiqamətdə görülən işlərin hər biri öz layiqli yerindədir".

M.Pənahov əlavə edib ki, bütün sahələrdə olduğu kimi seçki sahəsinin də nə qədər inkişaf etdiyi göz qabağındadır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu