Hərbi təlimlər Yerevana mesajdır: Geosiyasi şərait müharibəyə imkan verir - AKTUAL

“Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimləri, regionda baş verən geosiyasi proseslər fonunda ölkəmizin mövqeyini gücləndirməklə yanaşı Ermənistana mesaj xarakterlidi”. Bunu Sherg.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Ekspert bildirib ki, bu təlimlər Azərbaycanın hərbi gücünü bir daha nümayiş etdirməklə Qarabağ münaqişəsinin həllində ölkəmizin güc amilinə üstünlük verəcəyini göstərir: 

“Təbii ki, təlimlərin keçirilməsi sıradan bir tədbir deyil. Təlimlər real müharibə, ərazilərin qaytarılması və düşmənə zərbələrin endirilməsi şərti adları ilə keçirilir. Bir neçə ildir Azərbaycanın silah arsenalı yenilənir, müasir raket- artilleriya və aviasiya silahları ilə təchiz edilir. Demək olar ki, Ermənistanla paritet şəkildə üstünlük Azərbaycan tərəfindədir. Rəsmi Bakının sülh danışıqlarına sadiqliyi uzun çəkməyəcək. Yeni dəyişikliklər və geosiyasi amillər yeni müstəviyə keçir, şərtlər Azərbaycan lehinə dəyişir. Münaqinin həlli ilə bağlı növbəti görüş Bratislavada keçiriləcək. XİN rəhbəri Elmar Məmmədyarov masada hazır sənədlərin olduğunu və bu görüşdə Ermənistanın həqiqətən substantiv danışıqlara keçib-keçməyəcəyinin bəlli olacağını vurğulayıb. Ermənistan bu günə qədər real danışıqlar aparmayıb”. 



Politoloq: "Rəsmi Bakının sülh danışıqlarına sadiqliyi uzun çəkməyəcək"


Analitikin sözlərinə görə, geosiyasi şərtlər Azərbaycan Ordusunun hərbi əməliyyatlarına imkan verməkdədir: 

“Məhz bundan narahat olan Rusiya xarici işlər naziri Sergey Lavrov "Qarabağ xalqı" ifadəsini işlətməklə, bir növ ermənilərin təhlükəsizliyini qabardır və Azərbaycana mesaj verir. Təbii ki, Azərbaycan hərbi əməliyyatlara başlayarsa, bu, 7 rayonun ərazilərini əhatə edəcək. Qarabağdakı erməni icmasının kompakt yaşadığı ərazilərdə Azərbaycan özü onların təhlükəsizliyini təmin etməyə hazırdır. Moskva məhz Qarabağ münaqişəsi vasitəsi ilə Ermənistanı buxovda saxlayır. Paşinynanın Qərbə inteqrasiyası cəhdləri fiaskoya uğradı. Bu da Qarabağ konfliktinin siyasi həllinə mənfi təsir edir. Ona görə də Azərbaycan yalnız hərbi gücə üstünlük verməlidir”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu