4 məktəbin şagirdləri hər gün kilometrlərlə piyada yol qət edirlər



Burası İstanbuldur.  Sultangaziyə yaxın məsafədə olan 4 məktəbin şagirdləri məktəbə və evlərinə hər gün kilometrlərlə yol qət etmək məcburiyyətində qalırlar.



Sherg.az türk mediasına istinadən xəbər verir ki,  sərnişin nəqliyyatının bərbad, xidmət haqqlarının da bahalı olduğunu nəzərə alan şagirdlər yük maşınılarının  şütüdüyü yolda təhlükəli anlar yaşayırlar.



Sərnişin nəqliyyatında basa-basın olması şagirdlərin əziyyət çəkdiklərini və təhlükəli yola çıxdıqlarını göstərir. Narazılar bir deyil, iki deyil, hamı burada avtobusların çox seyrək işlədiyini söyləyirlər. 

Tıxacın çox olduğu prospektdə zaman- zaman şagirdlər arasında təpik, yumruq davaları da yaşanır. Bu zaman yoldan keçən digər avtomobillərin sürücüləri çətin anlar yaşayır. Dalaşan şagirdləri yoldan keçən sürücülər araya girərək ayırır.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu