Dövlət başçısı özü paylaşdı: O foto dünyanı sarsıtdı



Dövlət çevirilişindən sonra Meksikaya sığınan Bolivya lideri Evo Morales, Twitter hesabından "Meksikaya gedirəm. Qardaşlarıma həyatımızı qurtardıqlarına görə minnətdaram" yazıb.

Dünən Bolivyadan ayrılmayacağını açıqlayan, ancaq daha sonra qərarını dəyişdirən Morales, Twitter mesajının davamında siyasi səbəblərlə ölkədən ayrılmağın onu üzdüyünü, amma daha güclü şəkildə geri dönəcəyini söyləyib.



Sherg.az xarici mediayaya istinadən xəbər verir ki, təyyarədə çəkilmiş fotonu isə Meksika Xarici işlər naziri Marcelo Ebrard tərəfindən paylaşılıb. Ebrard, əlində Meksika bayrağı tutan 60 yaşlı Moralesin etibarlı yerdə olduğunu ifadə edib.

Moralesin ölkədən ayrıldığı dəqiqələrdə tərəfdarları paytaxt La Paz və digər şəhərlərdə küçəyə çıxıb. Beynəlxalq xəbər agentlikləri, şiddətli qarşıdurmaların şəkillərini dünyaya yayıb.



Bütün bunlar olarkən  Latın Amerikasının ən uzun müddət vəzifədə qalan və ilk yerli dövlət başçısı Evo Moralesin Twitter hesabından dünyanı sarsıdan bir fotosu paylaşıldı.

Şəkilin harada çəkildiyi bilinmir. Morales üzərində ədyal yerə uzanmış haldadır, üstündə isə bənövşəyi rəngdə çadır var. Bolivya lideri əlindəki telefonla məşğuldur.

Morales, "Bu, çevrilişlə vəzifəmdən ayrıldığım sonrakı ilk gecəmdir. Mesa və Camacho polisə kömək edərək çevrilişi reallaşdırdı. Lider olduğum günləri xatırladım. Məni qoruyan və güdən qardaşlarıma minnətdarım" deyə yazıb.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu