Deputatdan etiraz: "Bu, 30 milyon manat olsaydı, nə dəyişəcəkdi?"

Milli Məclisdə büdcə müzakirələri davam edir. Sherg.az-ın xəbərinə görə, millət vəkili Fazil Mustafa deyib ki, büdcə müzakirələrinin formatı dəyişdirilməlidir:

"Hesab edirəm ki, hər bir nazir öz sahəsi üzrə ayrıca büdcə hazırlamalıdır. Xərcləmələr sayəsində nə fayda görəcəyi ilə bağlı məlumat verməlidir. Bələdiyyələrə ayrılan vəsaitlərə də toxunmaq istəyirəm. Gələn ilin büdcəsindən bələdiyyələrə altı milyon vəsait ayrılır. Bu, 30 milyon manat olsaydı, nə dəyişəcəkdi? Bələdiyyələrin səlahiyyətləri dəyişdirilməlidir ki, onlar müstəqil fəaliyyət göstərə bilsinlər".

F.Mustafa qeyd edib ki, ölkəyə tibbi avadanlıqların idxalı digər dövlətlərlə müqayisədə baha başa gəlir: 

"Həmçinin tibbi sığorta ilə bağlı 900 milyon manat vəsait ayrılır. Bəs görəsən, nə qədər yığım proqnozlaşdırılır? Qeyri-rəsmi işləyənlərin tibbi sığortasını dövlət üzərinə götürməsə və ya məbləğ onların üzvləri tərəfindən ödənilməsə, aqibətləri necə olacaq?". 

Paylaş

Bizi Facebookda izləyin
Anar Bayramoğlu Yazarın yazıları
menu
menu