Ruhani: "40 il sonra ilk dəfə bu duruma düşdük"

İran 1979-cu il inqilabından bu yana ən ağır günlərini yaşayır.

Axar.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.

“2011-2012-ci illərdə İrana sanksiya tətbiq ediləndə neft satışı 1 milyon barelə düşsə də, nüvə sazişindən sonra 2 milyon 800 min barelə qalxdı. İqtisadiyyatdan başı çıxmayanlar “nefti satmasaq da önəmli deyil, qapıya qıfıl vurarıq, sonra yenə satarıq, mədən və fermer fəaliyyətini də dayandırıb, sonra başlada bilərik” deyə bilərlər, ancaq qapıları bağlamaq yox, açmaq hünər sayılır. Quyuları yenidən aktiv hala gətirmək üçün sazişdən sonra 800 milyon dollar xərclədik”, - Ruhani bildirib.

Prezident qeyd edib ki, İrana sadəcə idxal üçün ildə 60 milyard dollar vəsait tələb olunur. Ruhani həmçinin vergilərin ölkənin idarə edilməsi üçün lazım olan vəsaitin yalnız 30 faizini təmin etdiyini və nefti sata bilməyəcəkləri halda qalan 70 faiz vəsaiti təmin edə bilmək üçün mənbə olmadığını vurğulayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu